Metro stansiyalarının girişləri qardan təmizlənir — FOTOLAR

SOSİAL 23 fevral 2025, 14:00
Bakı Metropoliteni" QSC qarlı, soyuq havalarda rahat və təhlükəsiz səfərlər üçün sərnişinlərə metrodan istifadəni tövsiyə edir.

QSC-dən Demokrat.az-a bildirilib ki, Bakıda qeyri-sabit hava şəraiti davam edir.Gecədən yağan qar yollarda bir sıra çətinliklər yaratsa da, metro stansiyalarının girişlərində təhlükəsiz hərəkət tam təmin edilib.

Stansiyaların girişi mütəmadi olaraq qardan təmizlənir, sürüşmələrə qarşı pilləkənlərə duz və qum səpilir.

Əlverişsiz havada metroya üz tutanları vaxtında mənzil başına çatdırmaq üçün Bakı metrosu gücləndirilmiş iş rejimində çalışır.



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 fevral 2025, 16:08
Top