Bir hasarda onlarla sayğac quraşdırıla bilərmi? — VİDEO

SOSİAL 23 fevral 2025, 14:42
Yaşadığı evin hasarına çox sayda sayğaclar quraşdırılıb.

Demokrat.az xəbər verir ki, paytaxt sakini Adilə Gülməmmədova bildirir ki, yaşadığı ünvanda, yəni Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası yaxınlığındakı bu evin hasarına və divarlarına qonşuların qaz sayğacları və qaz boruları quraşdırılıb. Onlar evi bir il əvvəl bu cür alıblar. Şikayətçi dəfələrlə aidiyyəti qurumlara da müraciət etdiklərini deyir.

Ev sakini Günel Mehnatova isə deyir ki, sözügedən sayğaclar evin təmirinə də ciddi maneələr yaradır.

Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyi ilə əlaqə saxladıq.

Qurumdan Xəzər TV-yə  bildirildi ki, əraziyə baxış keçiriləcək və məsələ araşdırılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 fevral 2025, 16:08
Top