Romadakı “Gemelli” xəstəxanasında müalicəsi davam edən Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin səhhəti yenidən pisləşib.
Demokrat.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, pontifik bu gün səhər saatlarında astmaya bənzər tənəffüs böhranı keçirib. Həmçinin aparılan testlər nəticəsində onda trombositopeniya aşkarlanıb və qan köçürülüb.
Roma Papasının vəziyyətinin ağır olaraq qaldığı, ağrıları çox olsa da, bütün günü kresloda oturaraq keçirdiyi qeyd edilib.
Xatırladaq ki, 88 yaşlı Fransisk fevralın 14-də xəstəxanaya yerləşdirilib.