İsrail məhbusların azad edilməsini təxirə saldı

DÜNYA 23 fevral 2025, 11:12
İsrail Həmas qrupu ilə razılığa əsasən, şənbə günü azad edilməli olan fələstinli məhbusların azadlığa buraxılmasını qeyri-müəyyən müddətə təxirə salıb.

Demokrat.az xəbər verir ki,  bu haqda İsrailin baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

“HƏMAS tərəfindən dəfələrlə pozuntular, o cümlədən girovlarımızın ləyaqətini alçaldan mərasimlər və girovlarımızdan təbliğat məqsədləri üçün rüsvayçılıqla istifadə edilməsini nəzərə alaraq, dünən keçirilməsi planlaşdırılan terrorçuların azad edilməsinin alçaldıcı mərasimlər olmadan girovların növbəti azad edilməsinə qədər təxirə salınması qərara alınıb”, - məlumatda qeyd olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 fevral 2025, 16:08
Top