Prezident Əlahəzrət Hacı Həssənal Bolkiahı təbrik edib

XARİCİ SİYASƏT 23 fevral 2025, 12:17
Prezident İlham Əliyev Bruney-Darüssalamın Sultanı Əlahəzrət Hacı Həssənal Bolkiahı təbrik edib.

Demokrat.az təbrik məktubunu təqdim edir:

“Əlahəzrət.

Bruney-Darüssalamın milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Bruneyi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, xoş ənənələrə malik əlaqələrimizin həm ikitərəfli əsasda, həm də çoxtərəfli müstəvidə inkişafı, əməkdaşlığımızın genişləndirilməsi bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 fevral 2025, 16:08
Top