Putin çıxılmaz vəziyyətə düşsə, hansı addımı ata bilər? — AÇIQLAMA

XARİCİ SİYASƏT 19 fevral 2025, 15:09
Rusiyaya məxsus yüksək partlayıcı döyüş başlığı olan hücum pilotsuz təyyarəsi Çernobıl Atom Elektrik Stansiyasının (AES) məhv edilmiş dördüncü enerji blokunun sığınacağına düşüb.

Çernobıl AES-dəki sığınacaq bu dron tərəfindən zədələnib.

Putin çıxılmaz vəziyyətə düşsə, dünyanı sarsacaq həmlə edə bilərmi?

Mövzu ilə bağlı olaraq siyasi şərhçi Kənan Novruzov Demokrat.az-a açıqlamasında bildirib ki, Putinin bundan sonra çıxılmaz vəziyyətə düşəcəyini düşünmür:

“Bir müddət əvvəl ABŞ-da Demokratlar hakimiyyətinin sonuna yaxın Rusiya üçün ciddi təhlükə gözlənilirdi. Perspektivdə Rusiyanın nüvə silahından istifadə ehtimalı artmaqda idi. Çünki Avropa İttifaqı və ABŞ Rusiyanı sıxışdırırdı. Amma indi də Respublikaçılar hakimiyyətə gəldi. ABŞ-da indi aparılan danışıqlar həm Rusiyanın, həm Ukraynanın, həm də ABŞ-nın mövqeyini göstərir. 

Hər şey onu göstərir ki, vəziyyət Rusiyanın xeyrinədir. Həm cəbhədə, həm də diplomatik müstəvidə Rusiyamənın çıxılmaz vəziyyətə düşməyəcəyini düşünürüm. Rusiya yalnız o vaxt nüvə silahından istifadə edə bilər ki, tamamilə çıxılmaz vəziyyət olduğunu və itirəcək heç nəyin olmadığını anlasın”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 fevral 2025, 22:20
21 fevral 2025, 20:46
Top