“Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski arasında olan görüşün bir neçə əsas məqsədir var”.
Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
O qeyd edib ki, xüsusən görüşdə Amerika-Rusiya arasında gedən Ukraynada məsələsi müzakirə edilib:
“ABŞ və Rusiya Ukraynasız Ukraynada müharibəni dayandırmaq istəyir. Zelenski hakimiyyəti isə bunu qəbul etmir. Zelenskinin Türkiyə səfəri bir neçə konteksdən qiymətləndirilir. Birincisi, Türkiyə üzərindən alternativ danışıqlar irəli sürür.
Hazırda danışıq məsələsi Ukrayna-Rusiya arasında deyil, Rusiya-Amerika arasındadır. Sonrakı dövrdə Ukraynanın da prosesdə iştirak edəcəyi gözlənilir. Zelenski Türkiyəni də prosesə daxil etmək istəyir. Hazırda əsas məqsədi budur. İkinci məqsəd sülh müqavilsəindən sonra Ukraynanın təhlükəsizliyinin təmin edilməsi məsələsidir. Zelenski sülhlə yanaşı təhlükəsizliklə bağlı zamanətin də verilməsini istəyir. Bu məsələdə nə Amerika, nə də Avropa Ukraynanın istədiyi təhlükəsizlik təminatını verir. Türkiyə NATO ölkəsidir. Qərbdə də həll edici qüvvələrdən biridir. Türkiyə Ukraynaya dəstək verəcəksə, o zaman bu məsələ Ukraynanın xeyrinə ola bilər”.
Leyla Turan
Demokrat.az