Bakıda mənzillər niyə sürətlə satışa çıxarılır? — VİDEO

SOSİAL 23 fevral 2025, 13:19
Daşınmaz əmlak bazarında satışa çıxarılan mənzillərin sayı artıb...

Demokrat.az Xəzər TV-yə istinadən bildirir ki, ekspertlər deyirlər ki, daşınmaz əmlak bazarında daxili ipoteka ilə alınan mənzillərin kütləvi satışı müşahidə olunur. Hazırda elan saytlarında bu tipdə satışa təqdim olunan çox sayıda mənzil mövcuddur.

Əmlak eksperti Elnur Fərzəliyev sözügedən elanların daha çox şirkətlərin daxili kreditlə təklif etdiyi mülklər olduğunu bildirib.

Ekspert qeyd edib ki, hazrda ipoteka krediti ilə mənzil almaq xeyli çətinləşib.

Onun sözlərinə görə, bir çox layihə var ki, onlar minimal güzəştli şərtlərlə satılır. Həmin mənzilləri alıb, ev əşyaları ilə təchiz edib daha sonra baha qiymətə satan şəxslər də çoxdur".

Daha ətraflı videomaterialı təqdim edirik:
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 fevral 2025, 16:08
Top