“Ər-Riyadda Rusiya-ABŞ danışıqları və eyni vaxtda Zelenskinin Ankaraya səfəri ABŞ və Türkiyənin müharibəni birlikdə bitirmək istədiyi fikrini gücləndirir. Türkiyə, Azərbaycanın və Suriyanın timsalında olduğu kimi, Ukraynanın hərbi potensialının gücləndirilməsində rol oynaya bilərmi?Tramp atəşkəs prosesindən sonra Ukraynanın ordusunu yenidən qurmaq işini Türkiyəyə həvalə edə bilərmi?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Türkiyə Rusiya-Ukrayna müharibəsində digər NATO üzvləri kimi heç vaxt qızışdırıcı mövqədən çıxış etməyib:
“Türkiyənin mövqeyi həmişə Rusiya-Ukrayna konfliktində barışdırıcı mövqelərdən çıxış etmək olub. Bu münaqişənin ilk günündən Türkiyə çalışıb ki, sülh mühiti bərqarar olunsun. Bu baxımdan da Türkiyənin, Ukrayna xalqının acılarına, Ukrayna dövlətinin üzləşdiyi fəlakətlərə münasibəti də Avropa ölkələrindən fərqli olaraq kifayət qədər səmimidir. Eyni zamanda Türkiyə hətta vasitəçilik rolunda doğrudan çıxış edib. Daha əvvəl taxıl sazişində Ərdoğanın çox böyük missiyası oldu. Eyni zamanda Zelenskini Türkiyədə qəbul edən Rəcəb Tayyib Ərdoğan açıqlamasında Rusiya-Ukrayna ABŞ arasındakı görüşlərə İstanbulun ev sahibliyi etmək ehtimallarından da bəhs etdi. Həmçinin biz bilirik ki, bu gün Ukrayna ordusu Türkiyənin pilotsuz uçuş aparatları ilə təmin olunub. Yəni, Türkiyə hərbi sənayesi ilə Ukrayna əməkdaşlıq edir, bayraqlarla Ukrayna ordusunun diqqət mərkəzindədir”.
Politoloq onu qeyd edib ki, Türkiyənin özəlliklə pilotsuz uçuş aparatlarının ixracı məsələsində Ukrayna ilə anlaşmaları mövcuddur:
“Eyni zamanda Türkiyə digər bir çox sahələrdə də Ukrayna ilə əməkdaşlıq edir. Amma Türkiyə balanslı xarici siyasət kursu aparan güclü dövlətlərdən biridir. Türkiyə Rusiya ilə də münasibətlərə yaxşı olan bir ölkədir. Rusiya ilə də bir çox sahələrdə əməkdaşlıq mövcuddur. Hər bir halda Trampın nə qərar verməyindən asılı olmayaraq, artıq Ukrayna ilə Türkiyə arasında müdafiə və hərbi sənaye sahəsində əməkdaşlıq meyarları var. Bu, kifayət qədər güclü bağlara malikdir. Hesab edirəm ki, Ukrayna ordusunun yenidən quruculuq prosesində Türkiyə də uğurla iştirak edəcək”.
Leyla Turan
Demokrat.az