Ukraynada müdafiə sektorunda irimiqyaslı korrupsiya sxemi ifşa edildi

HƏRBİ 19 fevral 2025, 20:44
Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) müdafiə sektorunda irimiqyaslı korrupsiya sxeminin ifşa olunduğunu bildirib. 

Şübhəlilər arasında Ukrayna Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisinin müavini də var.

Demokrat.az xəbər verir ki, bu barədə büronun mətbuat xidməti məlumat yayıb.

Korrupsiya sxemi nəticəsində dövlət 5,9 milyon dollar itirib. 

NABU izah edib ki, bu, Ukrayna Silahlı Qüvvələrinin “Kolokol” operativ idarəetmə mərkəzinin avtomatlaşdırılmış sisteminin inkişafı zamanı qanunsuz hərəkətlərə aiddir.

Departament əlavə edib ki, şübhəlilər arasında Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəis müavini də var. Şübhəlinin adı açıqlanmayıb.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 fevral 2025, 22:20
21 fevral 2025, 20:46
Top