Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü il ərzində ölkədə 49 min 508 nikaha daxilolma və 21 min 384 boşanma halları qeydə alınıb. Ötən il ilə müqayisədə ölkə üzrə evlənənlərin sayı kəskin azalıb.
Bununla bağlı sosioloq Lalə Mehralı Demokrat.az-a açıqlamasında bildirib ki, evlənməyənlərin əksəriyyəti maddi problemlər, evsizlik, təminatsızlıq və işsizliyə görə evlənmir:
“Yəni, içində var bir neçə qisim insan var ki, sadəcə seçimdir, evlənmək istəmir. Bu, insandan insana dəyişən bir faktordur. Kimisə istəyir həyatını tək keçirsin, məsuliyyəti üzərinə götürməsin. Bu, onların öz seçimidir. Amma evlənmək istəyib evlənməyənlərin sayı kütləvidir, günü-günlə artır. Yəni evlənənlərinin az olmasının əksəriyyəti maddi-iqtisadi səbəblərdir.
Orta əmək haqqı bir ailəni saxlamağa yetmir. Sabah uşaq doğularsa, bu səbəbdən xərclərin artması ehtimalı, kirayə xərcləri, yəni, bütün bunlar göz önünə gətiriləndə evlənmək istəyində olub, amma məcburən subay davam edən insanları anlamaq asandır. Gənclərin ən böyük problemi evsizlikdir. Buna görə ciddi formada problem yaşayırlar. Şəhərdəki gənclərin əksəriyyəti evə, rayon yerlərindəki gənclərin əksəriyyəti isə işsizliyə görə evlənə bilmirlər”.
Sosioloq qeyd edib ki, rayonlarda işlə bağlı vəziyyət yaxşı deyil:
“Gənclərin əksəriyyəti gününü çay evlərində, bekar gəzməklə keçirir. Əkin, maldarlıqla bağlı ciddi problemlər olduğuna görə insanlar işsizdir. Ona görə rayonlarda iş imkanlarını artırmaq lazımdır ki, o gənclərin bir gəlir yeri olsun və ailə qurmaqda maraqlı olsunlar. Bakıda gənclər evsizliklə bağlı ciddi problemlər yaşayır.
Kirayədə həyat keçməz, kirayədə ailə saxlamaq çətindir. Ona görə dövlət güzəşli mənzillərin təminatı ilə bağlı bir şey fikirləşə bilər. Sosial layihələr gənclər üçün genişləndirilə bilər. Kirayə kimi qala biləcəkləri və 10-15 ilin sonunda özlərinin ola biləcəyi sosial evlər təklif olunmalıdır. Yəni, kirayə ödədiklərini öz evlərinə ödəsinlər və yekunda evin çıxarışını ala bilsinlər. Belə olan halda təbii ki, evlənmək üçün bir problemləri də həll olunmuş olur.
Paytaxtda da işlə bağlı problemlər var, amma regiondakı kimi deyil. Bütövlükdə dövlət işlə və evlə bağlı problemləri həll etməlidir ki, gənclər evlənsin və nəsil artırmaqda maraqlı olsunlar”.
Leyla Turan
Demokrat.az