"Ər-Riyadda gedən danışıqlar ABŞ və Rusiyanın Ukrayna məsələsində ortaq nöqtəyə gəlməsi, Ukraynanın iki dövlət arasında bölüşdürülməsinə hesablanmış addımdır. Bu cür danışıqların davam etdirilməsinə Ukrayna rəhbərliyi razı deyil. Bu görüşə Ukraynanın təsir qüvvəsi görünmür. Ukrayna hökuməti açıq-aşkar bildirib ki, danışıqlarda iştirak etməyəcək, Rusiyanın əməliyyatlarının davam etdiyi vaxta Ukrayna danışıqlara gedə bilməz".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib.
"Ər-Riyaddakı görüşdə hansısa nəticəyə gəlinəcəyini demək olmaz. ABŞ-nin öz adından təklif etdiyi sülh şərtləri ümumilikdə Qərb və Ukrayna adından fiyaskodur. Bu tamamilə Ukraynanın çökdürülməsi üçün atılan addımdır. Böyük ehtimalla Krım və Donetskin güzəştə gedilməsi məsələsi var və Ukrayna bunu qəbul edə bilməz. Eyni zamanda bu danışıqlar Ukraynanın geridə qalan ərazilərindən təbii ehtiyatların ABŞ-ə verilməsini nəzərdə tutur. Bu da bir dövlət olaraq Ukraynanın tamamilə məhv olmasına gətirib çıxaracaq. Ukrayna və beynəlxalq birlik bununla razılaşmayacaq. Parisdə keçirilən sammit, Çinin mövqeyi, Zelenskinin BƏƏ, Səudiyyə Ərəbistanı və Türkiyəyə səfəri buna hesablanıb. Ər-Riyadda Ukrayna məsələsi adı altında aparılan danışıqlar sadəcə Rusiya və ABŞ-nin münasibətlərinin normallaşması istiqamətində atılan addımdır".
Əfsanə Kamal
Demokrat.az