Parisdə keçiriləcək sammitdə Ukraynaya qoşun göndərilməsi məsələsi müzakirə ediləcək

DÜNYA 17 fevral 2025, 21:13
Fransanın paytatxtı Parisdə Avropa İttifaqı (Aİ) liderləri münaqişə başa çatdıqdan sonra təhlükəsizlik təminatlarını təmin etmək üçün Ukraynaya qoşun göndərilməsi məsələsini müzakirə edəcəklər.

Oxu.Az "Pravda"ya istinadən xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso bildirib.

Qeyd edək ki, sammitdə Almaniya, Böyük Britaniya, Polşa, İspaniya, Niderland və Danimarka liderlərinin iştirakı gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top