Nicat Quliyevə, Türkan Yusibovaya və Əsəd Məmmədova vəzifə verildi

SİYASƏT 17 fevral 2025, 14:38
“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinatlar olub.

ADY-dən verilən məlumata görə, hüquq departamentinin müdiri Nicat Quliyev ADY sədrinin müşaviri təyin olunub.

ADY-nin Hüquq departamentinin rəhbəri vəzifəsi isə bu departamentin müdir müavini Türkan Yusibovaya həvalə edilib.

Bundan başqa, ADY-də yeni yaradılmış Risklərin idarə edilməsi və daxili nəzarət departamentinin rəhbəri vəzifəsi Əsəd Məmmədova həvalə edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 mart 2025, 20:10
Top