Sakinlər Laçının zəngin faunasından danışdılar: "Dağkeçisi artıb" — VİDEO

QARABAĞ 15 fevral 2025, 16:59
Laçın Azərbaycanın ən zəngin təbiətə malik bölgələrindən biridir.

Rayonun relyefi dağlıq və meşəlik olduğuna görə burada müxtəlif iqlim tiplərinə uyğunlaşan heyvanlar mövcuddur.

Bu heyvanlardan biri də adı "Qırmızı kitab"a düşən və sayı azalmaqda olan bezoar keçiləridir.

Rayon sakini Şahlar Cəfərov deyir ki, Laçında pələng, bəbir, ceyran, xeyli ayı var.

"Dağkeçilərinin də sayı artıb. Bu heyvanlar sakitliyi sevdikləri üçün müharibə olan ərazilərdən qaçırlar. İndi qayıdırlar", - deyə sakin bildirib.

Daha ətraflı Baku TV-nin süjetində:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top