![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2025/2/14/1/40c0bf0c-075b-4ad8-a0ac-b39489ee361a/mhk.jpg)
Ehtiyatsız turistlərə hücum edən köpək balıqları haqqında hər zaman eşidirik, lakin Çilidə yalnız nağıllarda rast gəlinən bir hadisə baş verib.
Bir neçə gün əvvəl 24 yaşlı gənc atası ilə açıq okeana çıxıb.
AzPost CNN- ə istinadən xəbər verir ki, onlar qayıqla gəzinti edirmişlər.
Təəssüf ki, dəniz gəzintisi üçün son dərəcə uğursuz bir gün seçibər. Hava buludlu idi, dalğalar orta səviyyədən yuxarı idi. Hətta daha uyğun gəmilərdə olan təcrübəli dənizçilər belə havada açıq sulara çıxmağa ehtiyat edirlər.
Oğlu Adrian qayıqda üzərkən ata Dell onu mobil telefonla videoya çəkib.
Bir anda dənizin üzərində peyda olan nəhəng canlı ağzını açıb və qayıqla birlikdə Adrianı udub.
Balinalar insanları udmur, amma bu hal istisna deyil. Gəncin özü xatırlayır ki, o, suyun səthində arxadan yaxınlaşan nəhəng mavi-ağ obyekt görüb. Birdən gənc əllərində və ayaqlarında lil hiss edib, hətta o an Adrian balinanın ağzında olduğunu dərk etməyib. “Öləcəyimi düşünürdüm” deyən gənc yaşadığı hadisələrlə bağlı təəssüratlarını bölüşüb.
Balina uddiğunun insan olduğunu anlayanda onu qayıqla birlikdə geri qaytarıb.
Balina bir müddət sonra üzərək uzaqlaşıb.
Mütəxəssislər izah ediblər ki, balina təsadüfən Adrianı udub və yad bir cismi hiss edəndə qaytarıb.
Adrianın bəxti gətirib ki, o, balina ilə qarşılaşıb, çünki onun yemək borusu insanın keçə bilməyəcəyi qədər dardır. Ancaq köpəkbalığı olsaydı hər şey daha pis bitə bilərdi.