“Əgər Kreml lideri Vladimir Putin Ukraynanın uzunmüddətli müstəqilliyinə zəmanət verən sülh sazişi ilə razılaşmasa, ABŞ Moskvanı sanksiyalarla və ola bilsin ki, hərbi əməliyyatlarla vuracaq”.
Xəbəbr verir ki, bunu ABŞ vitse-prezidenti Ceyms Di Vens “The Wall Street Journal” qəzetinə müsahibəsində deyib.
Vitse-prezident bildirib ki, Moskva vicdanla danışıqlar apara bilmədiyi təqdirdə ABŞ qoşunlarının Ukraynaya göndərilməsi variantını masada qalır.
WSJ hesab edir ki, ABŞ-nin qoşun göndərməyəcəyini ehtimal edən müdafiə naziri Pit Heqsetdən daha sərt açıqlamadır.
“İqtisadi təsir alətləri var, və təbii ki, ABŞ-nin Putinə qarşı istifadə edə biləcəyi hərbi təsir alətləri var”, - deyə vitse-prezident vurğulayıb.
Eyni zamanda, o, “nəticədə bir çox insanı şoka salacaq bir razılaşma əldə ediləcəyi” fikrini dilə gətirib.
Vens əmindir ki, Tramp gözü yumulu görüşə getməyəcək: “O, deyəcək: Hər şey masadadır, gəlin sazişi bağlayaq”.
O qeyd edib ki, Ukrayna ərazisinin hansı hissəsinin Rusiyanın əlində qala biləcəyi və ya ABŞ və digər <a href="https://savashmedia.az/putin-razilasmasa-rusiyani-vuracagiq-abs-nin-vitse-prezidenti" target="_blank">Qərb</a> müttəfiqlərinin Kiyevə hansı təhlükəsizlik zəmanəti təklif edə biləcəyi barədə danışmaq hələ tezdir, çünki bu detallar sülh danışıqları zamanı işlənməlidir.
“İstənilən sayda formul, konfiqurasiyalar var, lakin biz həqiqətən Ukraynanın suveren müstəqilliyinin qayğısındayıq”, - deyə Vens vurğulayıb.
Onun sözlərinə görə, Tramp administrasiyası Putini inandırmağa çalışacaq ki, Rusiya döyüş meydanında deyil, danışıqlar masası arxasında daha çox şeyə nail ola bilər.
Eyni zamanda ABŞ vitse-prezidenti razılaşıb ki, Tramp danışıqların necə inkişaf etməsindən asılı olaraq fikrini dəyişə bilər.
“Prezident Tramp deyə bilər: “Baxın, biz bunu istəmirik, bu, bizim xoşumuza gəlməyə bilər, lakin biz bu məsələni danışıqlar masasına qaytarmağa hazırıq. Əgər ruslar danışıqlarda yaxşı tərəfdaş olmayacaqlarsa və ya ukraynalılar üçün çox vacib olan şeylər varsa, mümkündür ki, biz həmin məsələlərin danışıqlar masasından qaldırılmasını istəyəcəyik””, - Vans bildirib. (SAVASHMEDİA.az)