Ekspert: "İnsanlar nə üçün mənasız bir gündə restoranda yeyib-içir ki, onları soysunlar?"

GÜNDƏM 13 fevral 2025, 18:38
"Kapitalizmin mahiyyətində bu dayanır ki, saxta günlər, bayramlar uydurulsun, həmin günlərdə insanlar istehlakçı çılğınlığına məruz qalsın. Həmin günlərdə bir şeylərin satışı və fərqli xidmətlər təqdim edilir. Bu bir növ marketinq fırıldağıdır. Başqa ölkələrdə bayram ərəfəsində qiymətlər endirilir, müxtəlif kampaniyalar olur. Bizdə isə tam əksinədir. Bir az tələbat artan kimi qiymətlər ikiqat artır".

Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib.

"Bütün bunlar insanların psixologiyasına bağlı şeylərdir. Zorla heç kimə heç nə edilmir. İnsanlar nə üçün hər hansı mənasız bir gündə restoranda yeyib-içir ki, onları soysunlar?
İnsanın özü və ailəsi üçün ələmətdar olan günlərdə qeyd etmək olar. Ancaq hansısa uydurma günlərdə iştirak etmək insanın özünü aldatması deməkdir. Əgər heç kim bu cür fırıldağa getməsə, qiymətlər də artmayacaq. 14 fevral tarixi bayram deyil, təbliğatdır".

 bildirib ki, insanın özəl günlərində qiymətlər elə həmişə olduğu kimi qalır:

"İnsanlar belə təbliğat günlərində süni tələbat yaradaraq qiymət artımına yol açırlar. İnsanlar küyə düşüb, kampaniyalara qatıldığı müddətcə belə bahalaşma halları ilə qarşılaşacaqlar. İnsanların həyat yoldaşına, sevgilisinə sevgi etiraf etdiyi gün sevgililər günü sayılır. Düşüncə, savad olmayanda, ucuz marketinqə alət olanda belə hallarla qarşılaşmaq olur. 

Obyektlər hər biri öz qiymətini müəyyənləşdirməkdə azaddır. Sadəcə müəyyən xəbərdarlıqlar olmalıdır. İnsanlar əvvəlcədən qiymətlərlə tanış olmalıdır. Daha sonra seçim insanların özünə qalır. İnsanlar ağıllı olsa, belə saxtakarlar bazardan çıxar. Başq ölkələrdə insanlar bu cür müəssisələrə üz tutmur, həmin yer bazardan çıxır. Bu passiv boykot üsuludur. Bugünki iqtisadiyyat tələb və təklif üzərində qurulub. Tələb varsa, müxtəlif bahalaşmalar və təkliflər olur. Süni, lazımsız, uydurma şeylərlə bağlı tələb yarannası insanların öz istəyidir. Tələb təbii olmalıdır. Hər şeyin mahiyyətində insanın özünün ağlı və məntiqi dayanır".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top