![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2023/10/17/1/1741aaa7-460f-4561-b315-35933f29c7d4/tural-genceliyev.jpg)
“Maliyyə və iqtisadi sanksiyaları, neft satışının məhdudlaşdırılması, neft ixrac edən ölkələrə qarşı məhdudiyyatların tətbiq edilməsi onu deməyə əsas verir ki, gələcəkdə inkişaf etmiş ölkələr öz iqtisadiyyatlarını şaxələndirməlidirlər”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
O əlavə edib ki, gələcəkdə geosiyasi rəqiblərlə siyasi meydanda qarşı dirəniş göstərmək üçün iqtisadiyyat şaxələndirmək lazımdır:
“Buna örnək bizim ölkəmizdir. Ənənəvi olaraq neft, qaz ixracatı ilə məşğul olan ölkə olmağımıza baxmayaraq artıq yaşlı enerjiyə, alternativ enerji mənbələrinə keçid edirik. Azərbaycan iqtisadiyyatının inkişafı üçün şərait yaradılır. Bu gün ənənəvi neft və qaz ixracı edən ölkə ilə yanaşı, yaşıl və alternativ enerjiyə keçən ölkələr siyahısında da liderlik rolunu oynayırıq. Məsələn, COP29 konfransının mahiyyəti, fəlsəfəsi də bundan ibarət idi. Bir sözlə, dünyada iqtisadi müharibələr davam edəcək. ABŞ Avropa İttifaqı, Mərkəzi Amerika, Rusiya, İran Kanadaya qarşı iqtisadi müharibələrini elan edib. Tramp Avropa İttifaqından Amerikaya gələn məhsullara çox yüksək tariflər müəyyən edir ki, proteksionizm və izolyasionizm üzərindən Amerika iqtisadiyyatını qurmaq istəyir. Bir sözlə, Tramp iqtisadi dirçəliş nəzərdə tutur. Bütün bunlar göstərir ki, yaxın 3-4 il ərzində bu proseslər davam edəcək. Ona görə bu prosesləri yaxından izləməliyik. Bu geosiyasi, geoiqtisadi rəqabət nəticələrindən asılı olmayaraq öz iqtisadi modelimizi, öz güclü inkişaf modelimizi daha da inkişaf etdirməliyik”.
Leyla Turan
Demokrat.az