![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2025/2/13/1/81e37367-e01f-43a8-a84b-81f5b1e44e52/dd.jpg)
Tibb müəssisələrində iş yerini evə yaxınlaşdıran yeni layihənin icrasına başlanılıb.
Demokrat.az xəbər verir ki, Bakı şəhəri üzrə ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrində çalışan tibb və qeyri-tibb işçilərinin faktiki yaşayış ünvanlarına daha yaxın ərazilərdə olan tibb müəssisələrinə iş yerinin dəyişdirilməsi imkanı veriləcək.
Layihənin ilkin mərhələsində tibb müəssisələrinin işçiləri qeydiyyatdan keçəcək, sonra isə müraciətlər TƏBİB tərəfindən dəyərləndirilərək, Bakı Baş Səhiyyə Mərkəzinə təqdim ediləcək.