Keşişə bıçaqla hücum edildi

DÜNYA 12 fevral 2025, 22:38
Kanadada bir şəxs ayin zamanı Polşa-Ukrayna Müqəddəs Ruh Kilsəsinə girərək bıçaqla keşişə hücum edib.

Demokrat.az
xəbər verir ki, bu barədə “CBC News” məlumat yayıb. 

Kişi 38 yaşlı keşişi dua edərkən bıçaqlamağa cəhd edib. 

Keşiş müqavimət göstərə bilib, sonra isə hücum edən şəxs bıçaqla qurbangahın içərisinə soxulub. 

Hücum nəticəsində keşiş xəsarət almayıb. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli bilinən 50 yaşlı yerli sakini saxlayıblar. 

Hadisə Kanada polisi tərəfindən araşdırılır.

Məlumata görə, keşişə hücum etməkdə ittiham olunan şəxsin narkotik aludəçisi və ruhi xəstəlikləri var. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 fevral 2025, 01:02
12 fevral 2025, 22:27
Top