Yunanıstan parlamenti ölkənin prezidentini seçdi

DÜNYA 12 fevral 2025, 13:52
Yunanıstan parlamenti Baş nazir Kiriakos Mitsotakisin namizədliyini irəli sürdüyü parlamentin keçmiş sədri Kostas (Konstantinos) Tasulası prezident seçib.

Demokrat.az-ın TASS-a istinadən xəbərinə görə, bunu ölkənin əsas qanunverici orqanında keçirilən səsvermənin dördüncü turunun nəticələri sübut edir.

Səsvermənin yanvarın 25-də, 31-də və fevralın 6-da keçirilən ilk üç turu uğursuz olub. Səsvermənin birinci və ikinci turunda Yunanıstan prezidentinin seçilməsi üçün üçdə iki səs çoxluğu (300 yerlik parlamentdə 200 səs), üçüncüdə isə beşdə üç səs çoxluğu (180 səs) tələb olunurdu. Bütün turlarda Tasulasa 160 parlamentari səs verib.

Dördüncü turda prezident 151 səs çoxluğu ilə seçilir. Tasulasın namizədliyini irəli sürən hakim "Yeni Demokratiya" partiyasının isə ölkənin ali qanunverici orqanında 156 deputatı var.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top