![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2024/10/20/1/2fc250c5-c6cf-49bc-8c49-3e2525d852a3/netanyahu-yeni89a.jpg)
İsrail HƏMAS hərəkatını məhv edəcək və radikalların Qəzza zolağında saxladığı bütün əsirləri geri qaytaracaq.
Bunu ABŞ-də səfərdə olan İsrailin Baş naziri Benyamin Netanyahu videomüraciətində deyib.
"Biz (İsrail - red.) HƏMAS-ı məhv edəcəyik və əsirləri geri qaytaracağıq. Bunun üçün hər şeyi edəcəyik", - Baş nazir bildirib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında Vaşinqtonun Qəzza zolağını geri almağa və Fələstin anklavını təmizləməyə başlamağa hazır olduğunu bildirib.
Fələstin hərəkatının Siyasi Bürosunun üzvü Basem Naim deyib ki, Qəzza zolağında İsrail və HƏMAS arasında atəşkəs razılaşması pozulmaq təhlükəsi ilə üz-üzədir.Məlumata görə, sövdələşmə təhlükə altındadır.
Qeyd olunur ki, tərəflər hələ fevralın 3-də başlamalı olan Qəzza zolağında atəşkəs rejiminin tətbiqi ilə bağlı sazişin icrasının ikinci mərhələsi üzrə danışıqlara başlamayıblar.
Xatırladaq ki, Qəzza zolağında atəşkəs yanvarın 19-da qüvvəyə minib.(Report)