"Ötən ilin dekabrın 25-də Rusiya hava məkanı olan Qroznı yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsi HHM tərəfindən vuruldu. Bu artıq danılmaz faktdır. Ondan sonra Azərbaycan haqlı olaraq Rusiya tərəfindən məsələyə münasibət bildirməsinu tələb etdi. Son dövrlər bu tələb fonunda Rusiyadan olan bəzi KİV-lərinin elə Rusiya vasitəsilə Azərbaycana xoşagəlməz münasibətinin şahidi oluruq. Bu tipli açıqlamaları digər siyasi şəxslərin çıxışlarında da görürük. Onlar Azərbaycana nifrətdolu fikirlər səsləndirirlər".
Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.
O bildirib ki, Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyevin etdiyini ən yaxşı halda tərbiyəsizlik adlandırmaq olar:
"Rus ictimaiyyətində, rus xalqının ruhunda müəyyən şovinistlik hissəri hələ də qalmaqdadır. Bütün bunların fonunda Ukrayna və digər postsovet ölkələrə qarşı münasibət göz önündədir. Bu gün Rusiya Dövlət Dumasının deputatı bu cür çıxış edirsə, əvvəlcə ona digər deputatlar və dumanın rəhbəri qarşı çıxmalıdır".
Deputatın sözlərinə görə, əgər bu fikirlər özləri tərəfindən qınanılmırsa, bu fikirləri digər deputatların da mövqeyi kimi qəbul edərik:
"Bütov bir xalqın təhqir olunması faşist təfəkkürünün məhsuludur, insanlıqdan kənar yanaşmadır. Anlamalıdırlar ki, Azərbaycanda yaşayan ruslara qarşı heç bir halda diskrminasiya olmayıb, biz hər zaman digər millətin nümayəndələrini özümüzə bacı-qardaş bilmişik. Təəssüflər olsun ki, biz Rusiya tərəfindən bu münasibəti görmürük. Bizim ən azından son 200 il ərzində başımıza gələnlərin kökündə Rusiya amili dayanır. Biz bütün bunları kənara qoyaraq Rusiya ilə münasibətlərin normallaşmasına maraqlı olmuşuq. Ancaq insanlıqdan kənar açıqlamalar verən, tərbiyəsizlik edən məxluqlar bütövlükdə insanlığa qarşı olduqlarını göstərirlər. Onlara heç insan da demək mümkün deyil. Nikolay Valuyev sözünü geri götürüb, Azərbaycan xalqından üzr istəməlidir. Deyilən sözlərin hər birini onların özlərinə şamil edirik. Biz dosta dost, düşmənə düşmən mövqedə dayanırıq. Bunu hər zaman əməllərimizlə sübut etmişik. Bu cür mövqe sərgiləyənlər 5 qat layiqli cavalarını alacaqlar".
Əfsanə Kamal
Demokrat.az