“Mənim kimi ərinə qulluq edən xanım yoxdur”

ŞOU-BİZNES 08 fevral 2025, 14:20
Əməkdar artist Rühəngiz Allahverdiyeva açıqlaması ilə diqqət çəkib.

Demokrat.az bildirir ki, sənətçi qonaq olduğu "Zaurla Günaydın" verilişində şəxsi həyatından danışıb.

Proqramın aparıcısı Zaur Baxşəliyevin "Hər şeyi elədiniz amma bir dənə onu edə bilmədiniz, bacarmadınız?" deyə Allaverdiyevaya sual ünvanlayıb.

Rühəngizin cavabı isə belə olub:

"İnanmıram ki, mənim kimi Azərbaycanda həyat yoldaşına bu dərəcədə qulluq edən xanım olsun. Bəlkə də var belə xanımlar amma onların sayı çox azdır. Mən tam xoşbəxtliyə layiq bir xanım idim. Amma xoşbəxt ola bilmədim. Belə də... Bəlkə də bunun səbəbi kənardan mənə olunan paxıllıqlar və müdaxilələr idi. Durub hər gün nəyəsə görə ağlayası da deyiləm".

Qeyd edək ki, Rühəngiz Allahverdiyeva verilişlərin birində həyat yoldaşından boşanma səbəbi, mediada guya onunla birgə qəza zamanı avtomobildə kişi "dostunun" olduğu yazılması olub. (olay.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 fevral 2025, 19:16
Top