Oğuzda narkotik əməliyyatı — 3 nəfər həbs edildi

GÜNDƏM 08 fevral 2025, 13:17
Oğuz rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib.

Demokrat.az
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupuna istinadən xəbər verir ki, əməliyyatla üç nəfər-Mehdi Dadaşzadə, Xəyal Kazımzadə və Əfsun Əliyev saxlanılıb. Onlardan 7 kiloqram marixuana və 1 kiloqram 350 qram heroin aşkar olunub. Saxlanılan şəxslər narkotiklərin satışını təşkil etməyi planlaşdırıblar.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Son 24 saatda bahalaşan və ucuzlaşan kriptovalyutalar - TOP20

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 fevral 2025, 19:16
Top