![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2024/4/14/1/b819c8f4-e24b-46ea-832b-bdcfd3997be8/fransa.jpg)
Fransanın şərqində yerləşən Kot-d'Or avtomobil yolunda baş verən atışma nəticəsində Fransa polisinin elit taktiki bölməsi RAID-in bir əməkdaşı yaralanıb, bir cinayətkar isə zərərsizləşdirilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə BFM TV telekanalı prokurorluğa istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, qanunsuz miqrasiya təşkilatı ilə bağlı iş üzrə missiya çərçivəsində iki polis əməkdaşı Britaniya nömrəli bir avtomobilə yaxınlaşıb. Avtomobildən iki kişi çıxaraq xüsusi xidmət əməkdaşlarını avtomatik silahlardan atəşə tutublar. Polis əməkdaşları isə cavab atəşi açıblar.
Cinayətkarlar hadisə yerindən qaçmağa cəhd göstərsələr də, xüsusi xidmət işçiləri tezliklə zədələnmiş avtomobili aşkar ediblər. Avtomobilin salonunda bir kişi cəsədi tapılıb.
Atışmada iştirak edən daha üç nəfər saxlanılıb. Telekanalın əlavə etdiyinə görə, beşinci cinayətkar hələ də axtarışdadır.
Məlumatlara görə, polis əməkdaşı ayağından yaralanıb, xəstəxanaya çatdırılıb və onun sağlamlığına heç bir təhlükə yoxdur.