Elm və təhsil naziri Emin Əmrullayev 6 fevralda keçirilən brifinqdə məktəb direktorlarının və direktor müavinlərinin də sertifikasiyaya cəlb olunacağını bildirib.
Mövzu ilə bağlı Modern.az-a danışan elm və təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi bildirib ki, əgər təhsilverənlərin sertifikasiyası prosesi keçirilirsə, növbəti mərhələdə direktor və direktor müavinləri üçün də bu proses olmalıdır:
“Elə məktəb rəhbərləri var ki, öz fənni üzrə sertifikasiya imtahanında iştirak edir. Amma biz onun faktiki məktəb direktoru kimi səlahiyyətlərinin öhdəsindən gəlib-gəlmədiyindən, yaxud qanunvericiliyi bilib-nilmədiyindən xəbərsizik. Bu məqamlar ancaq o işə qəbul edilən zaman yoxlanıılıb”.
Onun sözlərinə görə, məktəb direktorları və direktor müavinlərinin də sertifikasiya prosesindən keçirilməsi, diaqnostik qiymətləndirmənin aparılması vacibdir:
“Məktəb rəhbərlərinin müasir çağırışlara cavab verməsi, o cümlədən təhsil haqqında qanunvericiliyi və digər hüquqi normativ aktları nə dərəcədə bilməsi, məktəb idarəetməsi və ümumi menecmenti nə dərəcədə bacarması haqqında bilikləri yoxlanılacaq. Bu vacibdir, biz ən azı təhsildə keyfiyyət axtarırıqsa, bunun üçün mütləq güclü idarəetmə qabiliyyəti olan rəhbər, güclü pedaqoji heyet formalaşmalıdır”.
Ekspert sonda qeyd edib ki, vaxtilə müxtəlif üsullarla məktəb rəhbərliyinə gətirilən şəxslər var:
“Korrupsiya ilə, qohumbazlıqla, tapşırıqla məktəb direktoru olanları haqda siz də bilirsiniz. Belə olan halda gözləntimiz odur ki, həmin şəxslər prosesdən keçə bilməyəcəklər. Çünki onların bilik və bacarıqları mövcud sertifikasiyaya uyğun olmayacaq. Nəticə etibarilə həmin direktorlar yola salınacaq, həqiqi bilik sahibləri əmək fəaliyyətinə cəlb olunacaqlar”.