İsrail Livanda "Hizbullah"ın silah anbarına zərbə endirib

DÜNYA 08 fevral 2025, 23:57
İsrailin Hərbi Hava Qüvvələri Livanda Bəqaa vadisində "Hizbullah" radikal hərəkatının döyüşçülərinə zərbə endirib.

Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Vadidə silah istehsalı və saxlanması üçün strateji obyekt fəaliyyət göstərirmiş.

Bildirilib ki, bu obyektdə fəaliyyət İsrail və Livan arasında atəşkəs razılaşmalarının ciddi pozulmasıdır.

Bundan əvvəl Baş nazir Benyamin Netanyahunun Dəftərxanası məlumat yayıb ki, İsrail qoşunlarının Livanın cənub hissəsindən çıxarılması prosesi ötən il noyabrın 27-də qüvvəyə minən atəşkəs razılaşması ilə müəyyən olunmuş 60 günlük müddət başa çatdıqdan sonra davam etdiriləcək. Atəşkəs razılaşması Livan tərəfindən hələ tam yerinə yetirilmədiyi üçün qoşunların tədricən çıxarılması prosesi ABŞ ilə tam razılaşdırılmaqla davam edəcək.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 fevral 2025, 19:16
Top