![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2025/2/7/1/0bf016fc-1706-4058-915f-dfd225dcbe14/fba.jpg)
Türkiyə Super Liqasında qış transfer dönəminin bağlanmasına dörd gün qalmış transfer şayiələri sürətlənib.
Demokrat.az xəbər verir ki, Portuqaliyanın "Record" idman qəzetinin məlumatına görə, "Fənərbağça" və "Qalatasaray" "Benfika" klubunda çıxış edən argentinalı cinah oyunçusu Benxamin Rollheizerin transferi üçün rəqabət aparır.
Xəbərdə qeyd olunur ki, Portuqaliya nəhəngi uyğun şərtlər yaranarsa, Rollheizerin komandadan ayrılmasına icazə verə bilər. Futbolçu hazırda əsas heyətdə sabit şans əldə etməkdə çətinlik çəkir.
Qeyd edək ki, "Benfika" Rollheizeri ötən il 10 milyon avro qarşılığında transfer etmişdi.
Jalə
Demokrat.az