Sabah qar yağacaq, yollar buz bağlayacaq — PROQNOZ

SOSİAL 07 fevral 2025, 13:04
Fevralın 8-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. 

Səhərdən yarımadanın bəzi yerlərində sulu qar yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 2°-dək isti, gündüz 3°-dək isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu olacaq. Nisbi rütubət 70-75 % olacaq. 

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 0-4° isti, gündüz 5-8° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 2-6° şaxta olacaq. 

Bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top