Məktəblilərə paylanan qrafalı vərəqə internet platformalarında onlayn şəbəkə oyunlarında komanda formalaşdırmaq məqsədilə təşkil olunub.
Demokrat.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, iki azyaşlı tərəfindən onlayn oyuna çoxsaylı oyunçu təşviq etmək üçün vərəqələr 25 məktəbliyə verilib. Polis əməkdaşları tərəfindən bütün xüsuslar tam və hərtərəfli araşdırılıb və yoxlanılıb. İş üzrə əməldə ictimai təhlükəli hal aşkar olunmayıb, kriminal tərkib yoxdur.
E.Hacıyev vuğulayıb ki, valideynlərə tövsiyə edirik, övladlarının internetdə maraqlandıqları şəbəkə oyunlarına diqqətlə yanaşsınlar, onların hansısa ictimai təhlükəli əməllərə sövq edilmə riski var: “Valideynlər bilməlidir ki, internet təkcə faydalı informasiya aləti deyil, həm də kiber təhlükə, risk və təhdidlərin mövcud olduğu qlobal məkandır. İnternet resurslarında istənilən yalanın həqiqət formasında təbliğatı azyaşlıları naməlum şifrəli, təhlükəli “əmr”lərin icraçısına çevirməsi ehtimalı var. Heç bir valideyn düşünməsin ki, “mənim övladım bunu etməz”. Uşaqlara nəzarət dövrün əsas qaydası yox, tələbidir. Bu, təkcə məktəbin, müəllimin işi yox, cəmiyyətin hər bir üzvünün qayğısı və məsuliyyəti olmalıdır”.
E.Hacıyev əlavə edib ki, DİN tərəfindən respublikanın ali və orta təhsil məktəblərində tələbələrin, şagirdlərin zərərli vərdişlərdən çəkindirilməsi, təhsilə təşviq edilməsi istiqamətində kompleks iş aparılır. Heç bir çağırışa polis tərəfindən etinasız yanaşılmır.
***
10:31
Bakı şəhəri 210 nömrəli tam orta məktəbdə şagirdə naməlum məqsədlə arxasında nömrə qeyd olunmuş vərəq verildiyinə dair sosial şəbəkələrdə iddialar yayılıb.
Demokrat.az xəbər verir ki, bu barədə Nurlan Mirəli adlı vətəndaş feysbuk hesabında paylaşım edib.
“Bu gün 5-ci sinifdə oxuyan qızıma və onun sinif yoldaşlarına böyük siniflərdən iki qız uşağı yaxınlaşaraq belə bir vərəq veriblər. Vərəqin bir üzünə mobil nömrə qeyd edilib, digər üzündə isə bir oyunun loqosu əks olunub və rusca “mənə yaz” sözləri yazılıb. Bu oyunu “Google” üzərindən araşdırdım, dünyada geniş yayılıb və uşaqlar arasında intihar edənlər belə olub. Nömrəyə bir neçə dəfə zəng vurduq, səsimizi eşidib söndürürlər”, - deyə vətəndaş qeyd edib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elburus İbrahimov bildirib ki, məktəbliyə verilən naməlum qrafalı vərəqəni polis araşdırır: "Sosial şəbəkələrdə yayılan naməlum qrafalı kağızlardan məlumatlıyıq. Bununla bağlı aidiyyəti üzrə araşdırma aparılır. Araşdırmalar nəticəsində vərəqdə əks olunan ifadələrin mahiyyəti aydın olacaq".
Məktəbdən isə iddia ilə bağlı bildirilib ki, məktəbdaxili araşdırma aparılacaq. Şagird və valideynlərlə müvafiq söhbətlər keçiriləcək, məktəb psixoloqu tərəfindən şagirdlərlə dəstəkləyici tədbirlər görüləcək:
"Məktəb rəhbərliyi valideynlə əlaqə saxlayıb. Məktəbin kameralarına baxılaraq məsələyə aydınlıq gətiriləcək. Lazım gələrsə, hüquq-mühafizə orqanlarına müraciət ediləcək", – deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, məktəbliyə verildiyi iddia edilən kağızdakı işarələr Koreya istehsalı "Squid game" serialından götürülüb. "Netflix"də yayımlanan serialın uşaqlar və yeniyetmələr üçün təhlükələri ola biləcəyi barədə xəbərdarlıq edilib. (Modern.az)