Vətəndaşlar pullarını nə üçün baklara qoyurlar? — SƏBƏB

GÜNDƏM 06 fevral 2025, 18:13
Vətəndaşların banklara qoyduğu depozitlərin miqdarı artıb. Xüsusilə də milli valyutada. 

Bu, nəyin göstəricisidir?

Bununla bağlı iqtisadçı ekspert Natiq Cəfərli Demokrat.az-a açıqlama verib.

O bildirib ki, milli valyutada depozitlərin atması təbii hadisədir:

“Çünki milli valyutada depozitlərə verilən faiz dərəcələri kifayət qədər yüksəlib. İndi 11-12 faizlə depozit gəlirləri götürmək mümkündür. Ona görə də vətəndaşlar daha çox depozita yönəlirlər. Əvvəllər insanlar daşınmaz əmlak alıb onu icarəyə verib, pul qazanırdılar. İndi Bakı şəhərində daşınmaz əmlak almaq çox bahalaşıb. Həm də onu icarəyə verəndə normal gəlir götürmək olmur. Məsələn, 100 minlik bir mənzil alıb, onu ayda maksimum 400 manata kirayə verə bilirsən. Amma 100 min manatı depozitə qoyanda 12 min ildə pul qazanırsan, bu aya 1000 manat edir. Yəni, vətəndaşlar gəlirin çıxarını gözəl hesablamağı bacarırlar deyə depozitlərdə artım müşahidə olunur”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top