![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2021/5/13/1/74e36036-5c18-4bc9-a574-989648582503/musfiq-ceferov.jpg)
Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda "Ermənistanı Xilas Et" təşkilatının üzvləri ilə görüşüb. O bildirib ki, Cənubi Qafqazda sülhün əldə edilməsinin ABŞ siyasi elitasının prioritetləri sırasına daxil edilməsi çox vacib olardı. Həmçinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hələ 2 il də yubanacağı güman edilir. Bəs Ermənistanın ABŞ ilə yaxınlaşma cəhdləri sülh prosesini müəyyən qədər sürətləndirə bilər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən millət vəkili Müşfiq Cəfərov bildirib ki, son vaxtlar ABŞ Azərbaycan və Ermənistan arasındakı sülhlə bağlı nikbin notlara köklənmiş açıqlamalar verir:
“Maraqlı məqam da budur ki, Vaşinqton və İrəvan sözləşiblərmiş kimi, eyni vaxtda Bakıya sülhlə bağlı müsbət açıqlamalar göndərir. Ermənistan qeyri-konstruktiv mövqeyi ilə regionda təhlükəsizliyin təminatını ləngitməklə yanaşı, özünün gələcək inkişafına nə qədər əngəl olduğunun fərqində deyil. Onsuz da 30 illik işğal dövründə Ermənistan həm iqtisadi, həm də siyasi müstəvidə çox şey itirib. İrəvan 2020-ci il 10 noyabr Bəyanatı ilə boynuna götürdüyü öhdəlikləri yerinə yetirməməklə özü-özünü dalana dirədiyinin fərqindədir. ABŞ-ın Cənubi Qafqazla bağlı geostrateji maraqları da tələb edir ki, bölgədə nəhayət davamlı sülhə nail olunsun. Vaşinqton hesab edir ki, bölgədə sülhün əldə olunması rəqib və yaxud düşmən güc mərkəzlərinin region üzərində təsirini azaldacaq və bunun əksinə onun təsirini artıracaq. Lakin bütün hallarda regionda öz strateji maraqları olan dövlətlər bilməlidir ki, onlar bu maraqlarını ancaq dövlətimizlə qarşılıqlı əməkdaşlıqda təmin edə bilərlər”.
Millət vəkili onu da qeyd edib ki, Ermənistan özünün qanunsuz və əsassız iddialarından əl çəkməli, beynəlxalq hüquqa söykənən sülhə razılaşmalıdır:
“Əks halda, Ermənistan bütün regional layihələrdən kənarda qalacaq. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən həmin layihələr Cənubi Qafqaza inkişafın yeni mərhələsini qazandırdığı halda, Ermənistan yenə də təhlükəsizliyə təhdid yaranmaqda davam edəcəksə, bu, onun üçün xoşagəlməz nəticələrə gətirib çıxaracaq”.
Leyla Turan
Demokrat.az