Sərxoş kişi arvadına şiddət göstərdi — Sumqayıtda olay

KRİMİNAL 06 fevral 2025, 17:45
Sumqayıt şəhərində 1978-ci il təvəllüdlü Sahib şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Fəridəyə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 52-ci məhəllədə baş verib. Sahib kirayə yaşadıqları mənzildə qeyri-rəsmi nikahda olduğu həyat yoldaşı Fəridə ilə mübahisə edib. Mübahisə xamanı ona xəsarət yetirib. 

Hadisəni törədən Sahibin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sahib ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Fəridə onun qeyri-rəsmi həyat yoldaşıdır, onlar 2016-ci il ailə həyatı  qurublar və bunikahdan 2 uşaqları dünyaya gəlib: “Hadisə günü, axşam saatlarında şəhər ərazisində işim olmadığından spirtli içki qəbul etdim. Sonra spirtli içki  alaraq yaşadığım evə gəldim. Evdə həmin içkini qəbul etdim. Bundan sonra saat 22:00-da mobil telefonu enerji yığması üçün aparatı axtardım. Lakin tapa bilmədim. Sonr Fəridədən aparatın yerini soruşdum. Tapa bilmədikdə aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbləşərək Fəridəyə yaxınlaşaraq ona 1 dəfə şillə və təpik zərbəsi vurdum”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Fəridənin sözlərinə görə, təqsirləndirilən Sahiblə 2016-ci il ailə həyatı qurublar, nikahlarından 2 övladı var: “Sahib fəhləlik edir. Mən mütəmadi spirtli içki qəbul edirəm. Bu səbəbdən aramızda tez-tez mübahisələr yaranır. Hadisə günü evdə olan zaman Sahib içkili halda evə gəldi. Saat təxminən  22:00-da Sahib mobil telefonun enerji yığması üçün aparatı axtardı, tapa bilmədiyindən mübahisə yaratdı. Sonra məni və uşaqları təhqir etdi. Bu zaman Sahibə cavab qaytardım. Sonra yaxınlaşaraq mənə 1 dəfə şillə zərbəsi vurdu, divanın üzərinə oturdum. Sahib ayağı ilə başıma 1 dəfə təpiklə zərbə endirdi. Həmin zərbə gözümə dəydi. Daha sonra Sahib gedərək yatdı”. 

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Sahibin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top