Rusiya, İran və Azərbaycanın xarici işlər, nəqliyyat, energetika nazirlikləri və gömrük xidmətlərinin rəhbərləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin gedişatını müzakirə etmək üçün yaxın vaxtlarda görüş keçirəcəklər. Bunu İranın Moskvadakı səfiri Kazem Cəlali bildirib.
“Yaxın vaxtlarda İran, Rusiya və Azərbaycanın xarici işlər, nəqliyyat, energetika nazirləri və gömrük xidmətlərinin rəhbərlərinin iştirakı ilə üçtərəfli görüş keçirməyi planlaşdırırıq”, - deyə səfir qeyd edib. Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi ilə bağlı müqavilənin 2025-ci ilin martına qədər imzalanması planlaşdırılır.
Bununla bağlı politoloq Məhəmməd Əsədullazadə Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, Rusiya və İran Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin açılmasına maraqlıdır:
“ Azərbaycan tərəfi ilə üçtərəfli görüşlər keçilib, razılıq əldə olunub. Bir müddət əvvəl İran Prezidentinin Rusiya səfərində də Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin gedişatını müzakirə edilmişdi. Hazırda da bu istiqamətdə işlər gedir. İran və Rusiya Azərbaycana qarşı müəyyən təzyiqlər edirlər. Rusiya ilə münasibətlər AZAL təyyarəsinin qəzasına görə hələ də normallaşmayıb. Ümumi götürdükdə isə Azərbaycan regionun nəqliyyat qovşağıdır. Bu dəhlizin açılması Azərbaycan iqtisadi və siyasi maraqlarına cavab verir. Bir sözlə, Azərbaycan bu dəhlizin açılmasında maraqlıdır. Belə bir görüşün də başlamasını istisna etmirəm. İndiki müəyyən siyasi problemlər olduğu üçün düşünürəm ki, bu məsələlər həll olunduqdan sonra görüş keçirilsə, nəticəsi müsbət ola bilər”.
Leyla Turan
Demokrat.az