Fransa Parisdəki Rus Evinin hesablarını dondurdu

DÜNYA 06 fevral 2025, 20:50
Fransa bank hesablarını donduraraq Parisdəki Rus Evini tamamilə bağlamaq üçün addımlar atır. 

Demokrat.az xəbər verir ki, bu barədə Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov məlumat verib.

O bildirib ki, hazırda Rusiya Evinin işini  tamamilə dondurmağa cəhdlər edilir. 

Onun sözlərinə görə, hazırda Rusiya tərəfi bu məsələ ilə bağlı fransızlarla çətin danışıqlar aparır.

Meşkov vurğulayıb ki, Parisdəki Rus Evi Rusiyadakı Fransız Mədəniyyət Mərkəzi kimi ikitərəfli müqavilənin hüquqi əsasları əsasında mövcuddur.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top