Dünyanın dördüncü ən böyük gölü ölümcül səhraya çevrilib

DÜNYA 06 fevral 2025, 20:46
Arxeoloqlar onilliklər ərzində verdiyi proqnozlar özünü doğruldub.

Demokrat.az xəbər verir ki,  Özbəkistan və Qazaxıstan sərhədində yerləşən Aral dənizi demək olar ki, yoxa çıxıb. 

Nəticədə bölgə üç milyon insanı əhatə edən böyük ekoloji fəlakətlə üzləşib. Bu barədə Anadolu Agentliyi (AA) portalı məlumat yayıb.

1960-cı illərə qədər gölün sahəsi 68 min kvadrat kilometr olub. Lakin 2015-ci ilə qədər su anbarının böyük hissəsi cansız Aralqum səhrasına çevrilib. Son məlumatlara görə, cəmi 8 min kvadrat kilometr su qalıb.

Dənizin yoxa çıxması bölgədə atmosfer tozunun miqdarının iki dəfə artmasına, hər il 27 milyon tona qədər zəhərli toz və duzların havaya qalxmasına səbəb olub. Bu hissəciklər külək tərəfindən yüzlərlə kilometrə daşınaraq havanın keyfiyyətini pisləşdirir və buzlaqların sürətlə əriməsinə səbəb olur. Zəhərlənmiş duzları daşıyan tufanlar məhsulları məhv edir, içməli suyu çirkləndirir.

Fəlakətin səbəbi SSRİ-də pambıq sahələrinin suvarılması üçün Amudərya və Sırdərya çaylarının genişmiqyaslı istiqamətləndirilməsi olub. 7 milyon hektar ərazini əhatə edən suvarma sistemi dənizin sürətlə qurumasına, bir neçə kiçik sahəyə bölünməsinə və ekosistemin məhvinə səbəb olub. 

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top