Ərdoğan zəlzələnin iki illiyinə həsr olunmuş mərasimdə ilk təşəkkürü Azərbaycana edib

GÜNDƏM 06 fevral 2025, 22:44
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamanda zəlzələnin iki illiyinə həsr olunmuş mərasimdə təbii fəlakət zamanı edilən yardımlarla bağlı Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədova mükafat təqdim edib.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

“İlk xatirəmiz Azərbaycana olsun. Şəxsim və millətim adına çox təşəkkür edirik. Bir olaq, qardaş olaq, bərabər olaq”, - Ərdoğan azərbaycanlı səfirə mükafatı təqdim edərkən deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top