![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2020/12/31/1/d9c9d6bb-eba1-4b1a-be37-37190303ca94/vekil-11.jpg)
Vəkillliyə qəbulla bağlı ixtisas imtahanının test mərhələsində iştirak üçün elektron sənəd qəbuluna 06.02.2025-ci il tarixdən start verilir.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının test mərhələsində iştirak üçün müraciətlər yeni qaydalara uyğun olaraq yalnız elektron formada həyata keçirilir.
Belə ki, müasir imkanlar nəzərə alınmaqla, namizədlərin sənəd qəbuluna çatımlılığının artırılması məqsədilə tətbiq olunan yeni qaydalara əsasən, elektron müraciət üçün Vəkillər Kollegiyasının rəsmi internet səhifəsindən “Vəkilliyə qəbul” bölməsinə (https://barassociation.az/candidate-login) daxil olmaqla açılan pəncərədən “Namizəd qeydiyyatı”na keçid edilməlidir.
ARVK ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunan razılığa əsasən, test imtahanının tarixi ilə əlaqədar əlavə məlumat vəriləcəkdir.
Onlayn qaydada müraciətlə videotəlimata keçid etməklə tanış ola bilərsiniz.