"Yaxın vaxtlarda Bakıda Rəqəmsal Məktəb layihəsinin test rejimində tətbiqinə başlanılacaq".
Oxu.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, "Rəqəmsal məktəb" platformasında şagird, valideyn, müəllim və direktor kabineti mövcud olacaq.
""Rəqəmsal məktəb" platforması sayəsində valideynlər övladlarının dərs prosesini onlayn şəkildə izləyə biləcəklər. Ümumiyyətlə, təhsil sisteminin rəqəmsallaşması sürətlə davam edir. Növbəti tədris ilində məktəblərdə kağız jurnal ləğv olunacaq", - deyə nazir bildirib.