Laçında qar yağır — VİDEO

SOSİAL 06 fevral 2025, 12:28

Laçın rayonunda qarlı hava şəraiti davam edir.

Demokrat.az Metbuat.az-a istinadən xəbər verir ki, ötən gecədən başlayaraq bəzi dağlıq rayonlara qar yağıb. Hazırda Laçında hava temperaturu -4°C-dir. Gün ərzində -3°C-dən -5°C-yə qədər dəyişəcəyi, qar yağışının fasilələrlə davam edəcəyi gözlənilir. Qar örtüyünün 1-3 sm artacağı ehtimal olunur.

Sinoptiklər bildirir ki, Laçında soyuq hava şəraiti sabah da davam edəcək. Qar yağışı nəticəsində yolların buz bağlama ehtimalı yüksəkdir. Bu səbəbdən sürücülərə və piyadalara ehtiyatlı olmaları tövsiyə olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top