"Hraparak": USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək

DÜNYA 06 fevral 2025, 13:23
Ermənistan hakimiyyəti ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) qrantlarından məhrum edilmiş qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətini davam etdirməsi üçün yeni yol tapıb. 

Demokrat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır.

"Nəticə olaraq, qərara alınıb ki, bu təşkilatlar dövlət vəsaitlərindən deyil, hakimiyyətə yaxın olan oliqarxlar tərəfindən maliyyələşdirilməlidir. Hakimiyyətin yüksək dairələrinə yaxın olan təxminən on oliqarxa artıq bildirilib ki, onlar Qərb agentliklərinin şəbəkəsini maliyyələşdirməlidirlər ki, həmin təşkilatlar efirlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətini müdafiə etməyə davam etsinlər", deyə nəşr qeyd edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 fevral 2025, 15:55
06 fevral 2025, 15:03
Top