Daha bir təyyarə Qazaxıstanda sərt eniş etdi

DÜNYA 05 fevral 2025, 21:20
Kukruznik adlanan “An-2” təyyarəsi fırtınalı və qarlı hava şəraiti səbəbindən Qazaxıstanın Kostanay əyalətinin Arkalık şəhərindən 1,5 kilometr aralıda sərt eniş edib. 

Demokrat.az xəbər verir ki, bu barədə Qazaxıstan FHN-in mətbuat xidməti məlumat yayıb.

Hadisə Kostanay–Arkalık reysini həyata keçirərkən yerli hava limanı yaxınlığında baş verib. Məlumata görə, təyyarənin göyərtəsində iki pilot və iki həkim olub. 

Siqnal alandan sonra Kostanay əyalətinin Fövqəladə Hallar Departamentinin yanğınsöndürənləri və xilasediciləri dərhal hadisə yerinə göndəriliblər. Ekipaj üzvlərinin hamısı tez bir zamanda aşkar edilərək, Arkalık şəhərinə çatdırılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 fevral 2025, 22:51
Top