Bakıda qadını şəkilləri ilə şantaj edən şəxs SAXLANILDI

HADİSƏ 06 fevral 2025, 14:00
Qadını şantaj edərək ondan pul tələb edən şəxs tutulub.

Demokrat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, paytaxt sakini olan 32 yaşlı qadın polisə müraciət edərək bir nəfərin ona məxsus fotoşəkilləri sosial şəbəkələrdə yayacağı ilə hədə-qorxu gəldiyini və 4500 manat pul tələb etdiyini bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən 35 yaşlı T.Əhliyarlı müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top