![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2025/2/6/1/69a064da-3471-4d25-82ff-2974af91871a/1738818223_67a44107449c967a44107449ca173881779967a44107449c767a44107449c8.jpg)
Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.
DİN-in mətbuat Xidmətinin Şəki regional qrupundan Demokrat.az-a verilən məlumata görə, həyata keçirilən tədbirlərlə Üzeyir Musayev, Elçin Hüsüyev və Anar Məmmədov saxlanılıb. Onlardan 3 kiloqram 300 qram marixuana aşkar olunub.
Saxlanılanlar həmin narkotik vasitəni satış məqsədilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.