Ucarda məktəbli sinif yoldaşını bıçaqladı

KRİMİNAL 06 fevral 2025, 10:33
Ucarda məktəbli sinif yoldaşına ağır xəsarət yetirib.

Demokrat.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Rəstəcə kəndində baş verib. Rəstəcə kənd tam orta məktəbin 9 -cı sinif şagirdi, 16 yaşlı M. H. sinif yoldaşı Q.H. arasında mübahisə dava ilə nəticələnib. Belə ki, Q. H. M. H-ya bıçaqla xəsarətlər yetirib.

Zərərçəkən Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin yardım göstərildikdən sonra Göyçay rayon xəstəxanasına aparılıb.

Zərərçəkənin yaxınlarının dediyinə görə, hadisə məktəbdə, sinif otağında baş verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top