Prezidentin yeni vəzifəyə təyin etdiyi Muxtar Babayevlə bağlı MARAQLI MƏLUMATLAR

DAXİLİ SİYASƏT 05 fevral 2025, 22:45
Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi təyin olunub.

Demokrat.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

M.Babayev 1967-ci ildə anadan olub.

1991-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin politologiya ixtisasını bitirib. 1991-1992-ci illərdə Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində çalışıb. 1992-1993-cü illərdə Xarici İqtisadi Əlaqələr Nazirliyində işləyib.

1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici iqtisadi əlaqələr ixtisasını bitirib. 1994-2003-cü illərdə SOCAR-ın Xarici İqtisadi Əlaqələr İdarəsində, 2003-2007-ci illərdə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində çalışıb. 2000-ci ildə Ümumrusiya Xarici Ticarət Akademiyasının “Dünya iqtisadiyyatı” ixtisasını bitirib.

2007-2010-cu illərdə SOCAR-ın Ekologiya üzrə vitse-prezident vəzifəsində işləyib. 2010-2018-ci illərdə SOCAR-ın “Azərkimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.

2010 və 2015-ci illərdə Milli Məclisin deputatı seçilib. 2018-ci ilin aprelin 23-dən ekologiya və təbii sərvətlər naziri idi.

7 noyabr 2017-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeni, 19 sentyabr 2012-ci ildə isə “Tərəqqi” medalı ilə təltif olunub.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 fevral 2025, 22:51
Top