Fatih Terimdən "Qalatasaray"a 57 milyon avroluq xeyir

İDMAN 05 fevral 2025, 17:01
2021-2022-ci il mövsümündə Fatih Terimin baş məşqçilik etdiyi dönəmdə transfer olunan futbolçular Kərəm Aktürkoğlu, Markao və Saşa Boey keçdikləri klublar sayəsində "Qalatasaray"a 57 milyon avro qazandırıblar.

Demokrat.az xatırladır verir ki, Kərəm Aktürkoğlu "Benfika"ya 12 milyon avro, Markao "Sevilya"ya 15 milyon avro, Saşa Boey isə "Bavariya"ya 30 milyon avro qarşılığında transfer olunub.

Hətta qış transfer pəncərəsində Viktor Nelssonu "Roma"ya icarə əsasında göndərən "Qalatasaray" bunun üçün 500 min avro gəlir əldə edəcək. Viktor Nelsson "Roma"da qalmaq qərarına gəlsə, İtaliya təmsilçisi futbolçu üçün 12 milyon avro ödəməli olacaq.

Qeyd edək ki, Barış Alper Yılmazla maraqlanan Avropa nəhəngləri isə futbolçu üçün "cimbom"a minimum 30 milyon avro ödəməli olacaqlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 fevral 2025, 19:07
Top