Trampın əleyhdarları etiraz aksiyaları keçirməyi planlaşdırır

DÜNYA 05 fevral 2025, 18:50
ABŞ prezidenti Donald Trampın islahatları və  “Layihə 2025” əleyhdarları bütün ştatlarda etiraz aksiyaları keçirməyi planlaşdırırlar. 

Demokrat.az
xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Nəşrin məlumatına görə, hərəkat iştirakçıları bir çox ştatların paytaxtlarında və digər böyük şəhərlərdə küçələrə çıxacaqlar. Amerika liderinin siyasəti ilə razılaşmayanlar sosial şəbəkələrdə “Layihə 2025” əleyhinə təbliğat aparırlar. Xüsusilə də Trampın immiqrasiya siyasətindən narazılıqlarını bildirirlər.

Agentlik yazır ki, fevralın 2-də Kaliforniya ştatında minlərlə insan artıq Trampın kütləvi deportasiya planına qarşı etiraz aksiyasında iştirak edib.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top